Siyasət

Azərbaycanla Qazaxıstanın bir milyard dollarlıq hədəfi: Səfirdən AÇIQLAMA

Sharing is caring!

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ölkəsinin Müstəqillik Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən tədbirdə deyib.

O bildirib ki, Qazaxıstan 2022-ci ilin yanvarında baş verən iğtişaşlardan sonra həqiqi olaraq yenilənib və müasir dövrün çağırışlarına transformasiya edilib.

“Bu dəyişikliklərin ən önəmli hissəsi siyasi islahatlardır. Biz həmçinin iqtisadiyyatımızı monopoliyadan azad edirik”, – deyə o əlavə edib.

Səfir deyib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş və müttəfiqfirlər.

“Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bizim məqsədimiz iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini yaxın gələcəkdə 1 milyard dollara çatdırmaqdır”, – deyə səfir bildirib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir