Siyasət

Qaribaşvili: “Gürcüstan Cənubi Qafqazda üçtərəfli müzakirə formatının yaradılmasını dəstəkləyir”

Sharing is caring!

“Gürcüstan hökuməti regionda sülh siyasətinə və Azərbaycan Prezidentinin Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılmasına dair təklif etdiyi təşəbbüsə bundan sonra da dəstək verməyə tam hazır olduğunu bəyan edir”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

Onun sözlərinə görə, sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionun inkişafının və xalqlarımızın rifahının açarı olan sülh və sabitliyə böyük önəm verilir.

“Biz regionda mövcud olan vəziyyətə, Azərbaycan və Ermənistan arasında son dövr ərzində əldə olunmuş sülh danışıqları prosesinin başlanmasına dair razılaşmaya da toxunduq. Bu, sözsüz ki, bizə böyük ümid verir. Burada bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan, şəxsən mən və hökumətimiz birlikdə başladığımız sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik”, – deyə Qaribaşvili bildirib.

Eyni zamanda, gürcüstanlı baş nazir vurğulayıb ki, dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir və ya onları əvəz etmir, əksinə, bu kömək edəcək.

“İnanıram ki, biz birlikdə daha çox mühüm işlər görəcəyik. Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılması ilə bağlı Praqada səsləndirdiyiniz təşəbbüsü də alqışlayıram”, – Qaribaşvili qeyd edib.

Mənbə: Sputnik Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir