Siyasət

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri gələcək enerji siyasəti ilə bağlı fikir mübadiləsi aparıblar

Sharing is caring!

“Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Baş nazirin də qeyd etdiyi kimi həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir və biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır”, – dövlət başçısı bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir