Siyasət

Yeni qanun layihəsinin məqsədi hansısa partiyanı ləğv etmək deyil: Komitə sədrindən AÇIQLAMA

Sharing is caring!

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul edildikdən sonra bəziləri görəcək ki, sənədin məqsədi hansısa partiyanı ləğv etmək deyil”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib. 

O bildirib ki, qanun layihəsi yeni çağırışlara uyğundur və Venesiya Komissiyasının təkliflərinə əsaslanır. 

“Bəziləri isə yeni qanun layihəsini az qala Azərbaycan-Ermənistan cəbhəsinə çevirməyə çalışır. Qanun layihəsi qəbul edildikdən sonra, görəcəklər ki, məqsəd hansısa partiyaya qarşı deyil”, – deyə Zahid Oruc əlavə edib. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir