Siyasət

Prezidentin xüsusi nümayəndəsi Yaponiyada ikitərəfli əlaqələri müzakirə edib – FOTO

Sharing is caring!

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyada Naqasaki meri ilə görüşüb və ikitərəfli əlaqələrin inkişafı müzakirə edib.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

“Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.

Daha sonra Hiroşima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir