Siyasət

Ağanın iti

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Əvvəla bilənlər və bilməyənlər üçün bir daha qeyd etmək istərdim ki,  XVIII-XX əsrlərdə Azərbaycan və indiki İran ərazisində hakimiyyətdə  Qacarlar sülaləsi (azərbaycanlı-türk mənşəli sülalə) olub. Oğuz türklərinin Bayat boyuna mənsub olan Qacarlar monqolların işğalı zamanında İrəvan ətrafında kök salmış və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olub.

İndi kimsə deyəcək ki, öz tarixçilərimizin yazdığını bizə deyirsən. O zaman fransız müəllifi Riaux Gillesin Səfəvilər və Qacarlar haqqında yazdığını diqqətinizə çatdırıram. “Çox vaxt unudurlar ki, mərkəzi İsfahan olan İranı yaradan Səfəvi hökmdarları 1923-cü ilə qədər hökm sürmüş Qacarlar kimi Azərbaycan türkü idilər”.

Riaux Gilles, “Ethnicité et nationalisme en Iran. La cause azerbaïdjanaise”. (“İranda azəri millətçilərinin radikallaşması”). 

Keçid: https://journals.openedition.org/remmm/8438 

İndi deyəcəksiniz ki, kimdir bu Riaux Gilles? 

O, Fransa Araşdırmalar İnstitutunun keçmiş elmi işçisi, İranda və Tehranda təhqiqatlar aparıb, daha sonra Hərbi Məktəbin Strateji Araşdırmalar İnstitutunda (İRSEM) elmi işçi kimi fəaliyyət göstərib. “İnqilabdan sonrakı İranda Azərbaycan millətçiliyinin formalaşma illəri” və “İranda azəri millətçilərinin radikallaşması” kitablarının müəllifidir. Qeyd edim ki, kitablar 2004 və 2008-ci illərdə çap olunub. 

Yəni dediyim odur ki, bu gün də İran dövlətinin əsas hissəsini Azərbaycan türkləri təşkil edir. Və bu əhali əsrlərlə İran dövlətinin əsası olub, elə dövlətin özü olub. 

Bu gün İranın Azərbaycanla hərbə-zorba, qeyri-etik, “qırmızı xətt”, təhdid diliylə danışması bu rakursdan çox qəribə görünür. Ara-sıra Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi və hər dəfə də üç-beş öz hərbçisini öldürməklə yadda qalan bu hərbi təlimlər istər-istəməz İran hakimiyyəti və hərbi doktrinası barədə düşünməyə vadar edir.  İranın qarnının ağrısı və ya narahatlığı bəllidir. Elə dünən İranın Xarici İşlər naziri deyib k, İran Ermənistanla əlaqə yollarının bağlanmasına icazə verməyəcək və bu məqsədə çatmaq üçün İran İslam Respublikası bu regionda hərbi təlimlər keçirir”. 

Bu Azərbaycan dövlətçiliyinə qarşı olan açıq-aşkar təhdid deyilsə, bəs nədir? Adam açıq şəkildə deyir ki, bu genişmiqyaslı hərbi təlimi Azərbaycan üçün keçiririk. Güc və əzələ nümayişi edirik. Amma və lakin bunu Azərbaycandakı farspərəstlər, İransevərlər, “Ağa” deyənlər,  hətta özlərinə “Ağanın iti” deyənlər var ki, anlamır, başa düşmür, ya da başa düşmək istəmir. Anlamırlar ki, 30 il ərzində İran üzdə “müsəlman qardaşım” deyib, mal-mülkünü Ermənistana daşıdı, azərbaycanlı cavanları öldürmək üçün silah-sursat verdi.  Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən azərbaycanlıların evini, daşını, qapı-pəncərəsini yağmalayıb elə Xudafərin körpüsü üzərindən Tehrana daşıdı. İran İslam Respublikası gözü görə-görə Azərbaycanın məscidlərinin dağıdılması, yandırılması, məhv olunmasında erməniyə dəstək oldu. 

Amma Azərbaycanda yaşayan “ağanın itləri” (özlərinin dediyi ifadədir) bunu görmür. Küt başları, kor gözləri ilə hələ də onlara xidmət edirlər. Görəsən, İran bu kəslər üçün nə edib ki, bizim bu qəbil vətəndaşlarımız torpağına, çörəyinə, şəhid olmuş qardaşına qarşı bu qədər hörmətsizdir, hətta xəyanətkardır?!

Niyə şəhid məqamını qeyd etdim? Yadınızda olar, hər dəfə şəhid dəfnində haradansa bir dəstə qara geyimli qadın və kişilər peyda olub İranın şüarlarını səsləndirir, bununla da şəhid yaxınlarını narahat edirdilər. Axırda elə şəhidlərin yaxınları DİN-ə müraciət etdilər ki, gəlin bu dəstələri yığışdırın meydandan. DİN hərəkətə keçəndən sonra bu dəstənin səsi kəsildi. Amma səsi kəsilməyən hələ nə qədər dəstə var. Hamısı da islam dini altında pərdələnərək, onlara bir söz deyən adi vətəndaşları müsəlmanlığa, şiəliyə təhqir, şiəlik təriqətinin Azərbaycanda sıxışdırılması kimi qələmə verir. Bu da inanclı kütlə üzərindən aparılan manipulyasiyaya çevrilir. 

Bəli, bütün bunlar İranın Azərbaycanda yaratdığı gizli qruplar üzərindən aparılır ki, Azərbaycan cəmiyyətində tarazlığı pozsun. 

2020-ci ildən sonra Azərbaycan xalqının yaşadığı tarixi qələbə nəticəsində xalq həqiqətən də son 100 ilin ən böyük birliyini yaşadı. Azərbaycan vətəndaşları dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə başçısının yürütdüyü siyasət və addımları dəstəklədi və buna davam etməkdədir. Bu isə başı daxili ixtişaşlara, küçə hərəkatına qarışmış İran üçün yaxşı hal deyil. Çünki düz böyüründə güclü Azərbaycan dövləti böyüyür.

Hər gün İranın daha bir vilayətində insanlar “Diktatora ölüm” şüarı ilə divarlardakı İran liderlərinin portretlərini yandırır və ya söküb atırlar.  İran öz daxili problemlərini həll etmək əvəzinə Azərbaycan Ermənistan münasibətlərinə müdaxilə edir, sülh razılaşmasının imzalanmasına, Zəngəzur dəhlizinin açılması və istifadəsinə mane olur.

Bir daha qeyd edirəm, İranın artıq üç gündür ki, Azərbaycanın sərhədində apardığı hərbi təlimi birbaşa Azərbaycanı Zəngəzur dəhlizindən imtina etməyə hesablanıb. 

Bu gün İran həm regionda, həm də dünyadan təcrid olunub. Qara əbasına bükülərək, qara günlərini yaşayır. Amma zəhəri əlinin altındadır. İranın qara xisləti Rusiya Ukrayna müharibəsində də ortaya çıxdı. “Şahid-136″ adlı dronları Rusiyaya peşkəş edildi. Rusiya da bu yeni silahdan sivil insanların üzərində test etdi. Bütün bu faktlardan sonra yenə də Azərbaycanda bir kütlə tapılır ki, özünə “Ağanın iti” dedizdirir. Ya bu adamların şəxsi mənliyi, qeyrəti, namusu yoxdur, ya da ağlı. Kaş bu kəslərin erməni qədər ağlı, qeyrəti olardı. Çünki 100 il ərzində bir erməni çıxıb demədi ki, gəlin İrəvanda Kəbirə dövləti yaradaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir