Siyasət

Belçika nümayəndəsi: “Edillidə baş verənlərlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır”

Sharing is caring!

“Bura (Edilliyə – red.) mümkün qədər çox insan gətirmək lazımdır, çünki belə təəssüratlar uzun müddət qalır. Çoxlu məlumat və hüquqi işlər aparmaq lazımdır ki, burada baş verənləri bütün dünya görsün”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Belçikadan olan QHT nümayəndəsi Angele Kedaytene deyib.

O, gördüklərindən şoka düşdüyünü bildirib:

“İlk dəfədir belə bir şey görürəm. Hər şeyi öz gözlərimlə görmək çox acınacaqlı mənzərədir və gördüklərimi ömür boyu unutmayacağam”.

“Dünyada çoxlu soyqırımı olub. Holokost bütün faciəni dünyaya göstərmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün nümunədir. Ona görə də susmamaq çox vacibdir”, – A.Kedaytene vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir