Siyasət

“İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək” – RƏY + FOTO

Sharing is caring!

“Bir müddət bundan əvvəl Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, hazırda Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.

Deputat bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb:

“Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayırlar”.

Dövlət başçısının Qırğızıstana səfərinin həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldığını qeyd edən C.Məmmədov bildirib ki, bir müddət əvvəl Qırğızıstan prezidentinin Azərbaycana səfəri, hazırda Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək:

“Beləliklə tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir