Siyasət

Leyla Abdullayeva: “Gəncədəki hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb”

Sharing is caring!

“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində bildirib.

“Gəncədəki hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb. Bu gün Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunun ikinci ildönümüdür”, – deyə o əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir