Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcək.
XəbərAl.az xəbər verir ki, Putin 1 oktyabr tarixində İrəvanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin toplatısına qatılacaq.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Rusiya ilə Belarus arasında 1995-ci ildə imzalanan Gömrük Birliyi razılaşması ilə başlayan proses 2000-ci ildə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında Avrasiya İqtisadi Birliyinin qurulması ilə rəsmiyyət qazanıb. 2010-cu ildə isə Rusiya, Qazaxıstan və Belarus arasında gömrük birliyi qurulub və bu üç ölkə iqtisadi inteqrasiya mərhələsinə daxil olub.
10 oktyabr 2014-cü ildə Ermənistan birliyə üzv qəbul edilib.