Siyasət

Rusiya XİN rəsmisindən Azərbaycan və Ermənistanla bağlı açıqlama – VİDEO

Sharing is caring!

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdədir”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. 

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdə olduğundan bizim vəzifəmiz işin maksimum səmərəliliyini təmin etmək üçün bütün lazımi şəraiti yaratmaq, sərhəd zonasında sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə yardım etmək, bu fəaliyyətə kənardan müdaxilə etmədən, hər iki tərəf üçün çox həssas olan sərhəd məsələlərində siyasiləşməyə və kəskinləşməyə yol verməməkdir. Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib”, – deyən rusiyalı diplomat Moskvanın Bakı və İrəvanla sıx təmasda olduğunu və vəziyyəti mümkün qədər tez sabitləşdirmək üçün lazımi tədbirlərin görüldüyünü söyləyib. 

Denis Qonçar Azərbaycan və Ermənistan münasibətindən danışarkən bildirib ki, ölkələr hələ barışıq yolunun başlanğıcındadır və davamlı nəticələrin əldə edilməsi hər iki tərəfdən vaxt və əhəmiyyətli səylər tələb edəcək.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir