Siyasət

İsveçli səyyah: “Ağdamdakı dağıntılar tükürpədicidir, bütün binalar tamamilə məhv edilib”

Sharing is caring!

“Ağdamdakı dağıntılar tükürpədicidir, bütün binalar tamamilə məhv edilib”.

Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan isveçli səyyah Joakim Helbiq deyib.

Onun sözlərinə görə, tədris müəssisələrində şagirdlərə burada olan tarixi-mədəni irs haqqında məlumat vermək lazımdır.

Səyyah bildirib ki, Qarabağda minalanmış ərazilər var və burada yaşayan insanlar mina təhlükəsi haqqında ətraflı məlumatlandırılmalıdırlar:

“Qoyulmuş xətləri keçməmək, minalı ərazilərdə ehtiyatlı olmaq çox vacibdir”.

J.Helbiq vurğulayıb ki, yenidənqurma işlərinin sürətlə aparıldığını müşahidə edilir:

“Bu mənada yeni çəkilən yollar xüsusi diqqəti cəlb edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir