Siyasət

“Bakcell”in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib

Sharing is caring!

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers “Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib.

XəbərAl.az-ın məlumatına görə, Bakcell stendində nümayiş etdirilən 4.5G texnologiyası böyük trafik həcmlərini emal etməyə imkan verməklə, həcmi gündən-günə artan məzmunun ani şəkildə yüklənməsi və istifadəsini təmin edir. “Bakcell”in təqdim etdiyi bu “5G-yə hazırlıq” texnologiyası sayəsinə LTE texnologiyasından qat-qat yüksək olan sürətdən yararlanmaq mümkündür.

Qeyd edək ki, 2018-ci ildə Bakcell şirkəti “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir