Siyasət

Bəxtiyar Hacıyevlə bağlı dəhşətli sirrin üstü açıldı… – MƏHBUS SEVGİLİSİNİ… (ŞOK SƏSYAZISI)

İnsan psixologiyasının mahir bilicisi Robert Qrin “Hakimiyyətin 48 qanunu” adlı kitabında yazır ki, adamları yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə et. Müəllif iddia edir ki, bu və digər 47 qaydaya riayət etməklə başqalarının düşüncələrini və əhval-ruhiyyəsini məharətlə idarə edə, özünə sevgi cəlb edə və hətta hər bir qadını məftun edə bilərsiniz.

Azərbaycan müxalifəti bu qədər zəlil və rəzil duruma düşməmişdi desək, yəqin yanılmarıq. Nə qədər zidiyyətli, yalançı və böhtançı adam varsa, hamısı müxalifət lideri olub. Bir zamanların Əli Kərimlisi, İsa Qəmbəri, Rəsul Quliyevinin və digərlərinin yerini hazırda yeni “kərimlilər”, “qəmbərlər”, “quliyevlər” tutur. Onlardan da biri Bəxtiyar Hacıyevdir.

Kifayət qədər qaranlıq keçmişə malik və hansı missiyanın daşıyıcısı olduğu, hansı “ideoloji silah”la silahlandığı məlum olmayan Bəxtiyar Hacıyevlə bağlı daxil olan məlumatlar sadəcə dəhşət doğurur.

Redaksiyamıza daxil olan səs yazışmasında dəstəyin o biri tərəfində son günlərin “qəhrəmanı” Mehman Hüseynovdur. Telefon dialoqu zamanı Bəxtiyar Hacıyevin siyasi məhbuslardan birinin sevgilisini şirnikləndirici vədlərlə öz ofisinə gətirməsindən və zorlamaq niyyətindən bəhs olunur. Bəlli olur ki, B.Hacıyevin şiddət götərməsinə və qadının düyməsini qoparmasına baxmayaraq, məhbusun sevgilisi çətinliklə də olsa hadisə yerindən qaça bilib. Aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan hər kəsə məlumdur ki, Bəxtiyar Hacıyev vaxtaşırı olaraq gənc qızlara mesajlar yazır, onları yoldan çıxarmağa çalışır. Hətta bir müddət öncə gənc xanımlardan birinin Bəxtiyarın əməlinə görə, özünü öldürmək istəməsi, intihara cəhd etməsi də siyasi düşərgədə çoxlarına məlumdur. Hətta B.Hacıyevin bundan narahat olduğu və iqtidaryönlü gənclərə yalvardığı da söylənilənlər arasındadır.

Ən dəhşətlisi odur ki, seçkiləri baykot etdiyini elan etdiyi halda AXCP sədri Əli Kərimli də ona açıq dəstək verir. Həyat yoldaşını, azyaşlı qızlarını şiddətə məruz qoyan, onları vəhşicəsinə döyən Fuad Qəhrəmanlını qoruyan Ə.Kərimli bu dəfə seksual manyakın müdafiəsinə girişib və AXCP Səbail rayon şöbəsi aktiv şəkildə Bəxtiyar Hacıyevin seçki kampaniyasını aparır. Şəxsən Ə.Kərimlinin göstərişi ilə AXCP Təşkilat şöbəsinin müdiri, Səbail rayon sakini Saqif Qurbanov B.Hacıyev üçün imza toplayıb. AXCP sədri öz feysbuk paylaşımlarında açıq şəkildə Bəxtiyar Hacıyevə dəstək verir və dolayı yolla seçiciləri ona səs verməyə çağırır.

Azərbaycanda həyata keçirilən islahatlar hakimiyyətin bütün qollarına sirayət edib və bu dəfə növbə qanunverici hakimiyyət qoluna çatıb. İslahatların ilkin mərhələsində mitinq, kütləvi itaətsizlik çağırışları səsləndirən Ə.Kərimli və onun Bəxtiyar Hacıyev kimi əlaltıları hazırda parlament seçkilərini pozmağa, növbəti iğtişaş yaratmağa çalışırlar. Bəxtiyar Hacıyev əmindir ki, onun namizəd olduğu dairədən deputat seçilmək imkanı yoxdur və bu səbəbdən seçkiləri pozmağa, təxribat törətməyə cəhd göstərir. Ümid edir ki, bu yolla istədiyi nəticəni əldə edəcək.

Amma və lakin… Ortada çoxillik təcrübə var və hər kəsə məlumdur ki, Azərbaycanda bu cür təxribatçı ssenarilər işlək deyil və nəticədə uduzan yenə təxribatçı qüvvələrin özləri olacaq.