Secme Xeberler

Dövlət Şirkətindən TOTAL NARAZILIQ – MÜRACİƏT

Sharing is caring!

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz fəaliyyətinə görə əziyyət çəkən vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir.Sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib.
Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik.Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar.Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik.Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar.Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar.

***

– Mən Ucar rayonunun Qulabənd kənd sakini Hacıyev Rəvan Asif oğlu 2021-ci ilin noyabr ayı tarixində baş vermiş avtomobil qəzasında mənə dəymiş 1440 manat sığorta pulunu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti vermək istəmir.Buna görə süründürməçiliyə məruz qalmışam.Hansı ki, avtomobil qəzasından sonra bütün sənədləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın Ucar filialına təqdim etmişəm.
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın mənə qarşı etdiyi bu qanunsuzluq vəzifə cinayəti hesab olunur.

***

– Mən Şükürzadə Vüsal Xalif oğlu 25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş qəza zamanı mənə məxsus 99 TZ 610 nömrəli “FORD” markalı avtomobilimə 4000 (dörd min) manat dəymiş ziyanı Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir.Nəticədə süründürməçiliyə məruz qalmışam.Hətda mənə 4000 manat ziyan dəysədə sığorta şirkəti mənə dəymiş ziyanı qanunsuz olaraq azaldaraq 2500 manat təyin etmişdir.

***

– Mən 25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı mənə məxsus 10 UV 949 nömrəli VAZ-2107 markalı avtomobilimə 1100 (bir min yüz) manat dəymiş ziyanı Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir. Dəfələrlə
sığorta şirkətinin filialına getsəm də, pulumu vermək istəmirlər.

***

Biz Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin bu qanunsuzluğu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmova şikayət ərizəsi ilə müraciətlər etmişik.Həttda Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin İdarə Heyətinin sədri Fərhad Adığözəlovada müraciət etmişik.Ancaq heç bir tədbir görülməyib.Bizə bir dəfə zəng edib sual-cavab edib işlərini bitmiş hesab ediblər.

Sizdən xahiş edirik, şikayət ərizəmizi araşdırıb bizi süründürməçiliyə məruz qoymuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barədə tərdbir görəsiniz və bizim sığorta pulumuzu düzgün hesablanıb tez bir zamanda ödənilməsinə tapşırıq verəsiniz.


1) Hacıyev Rəvan Asif oğlu Ucar rayonu Qulabənd kənd sakini

2) Şükürzadə Vüsal Xalif oğlu Ucar rayonu H.Aslanov küçəsi ev 31 sakini

3) İbrahimov Fariz Oktay oğlu Göyçay rayonu Müskürlü kənd sakini”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…//DİA.AZ//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir