Secme Xeberler

Seksdə partniyorun rolu

Sharing is caring!

Yaşam tələbatı və sosial psixoloji həyatı düzəndə olan bir insan təbii olaraq cinsi akta cəht edir. Bizim cəmiətdə qadın və kişi cinsi cəht və istək baximindan fərqlidirlər. Cünki cəmiət qadın və kişini fərqli tutduğu üçün bu baş verir.Qadınlar az keçmişə qədər belə öz istəklərini deyə bilmirdilər. Bu bir qorxu və ayıb hal formasında proqramlaşdırılmış tərbiyə adlanır. Əslində isə qadın da bir insandır. Onun da haqqı və hüququ var. Ailə daxili şiddət, qadının ancaq uşaq doğması üçün yaranmış olması fikri tipik misallardandır. Bu da təbii ki, qadını psixoloji basqı altinda seksual ikraha və imtinaya qədər gətirib çixarır. 


Cinsi duyğuları görmə, qoxu, toxunma, dadma, düşüncə yarada bilir. Və qorxular hamilə qalmaq qorxusu, bakirəlik, cəmiyət, ilk seksdə ağrı, partniyorun erkən boşalma qorxusu, əxlaqi dini tabular, tərbiyə tabusu, zorlanmaq, xəstəliklər və .s. bu qadını seksual fobiyalar deyilən problemlə üz üzə qoyur və cinsi aktdan seksdən uzaqlaşdırır. Ailədə yaranan gərginliyin də səbəbi seksual fobiyalar olur. Bəzən cütlük illərlə bu hal içində boğula boğula yaşayırlar. Bir həkim kimi dediyim söz vardir: Gündüz baş veren məişət dava dalaşının səbəbi, gecə yataqda baş veren qeri tam, xoşbəxt olmayan, qane etməyən seksual münasibətdir. 

Seks iki insana aid ilan münasıbətdir. Seksə muxtəlif faktorlar təsir edir. Bunlardan ən vacibi də partniyor faktorudur. Birinci vacib olan hal diqqətdir. diqqət seksdə qarşı tərəfin nə istədiyini anlamaq üçün lazimdır. Məsələn qadın seksdə davranışları ilə ele şeylər anlada bilər ki adi halda onu heç özüdə ağılına gətirə bilməz, nəinki dilinə gətirib soyləsin. Amerikan seksoloqlarını ən vacib məsləhəti odur ki, cütlük kontakt vasıtəsi kimi bir biriləri ilə danışsınlar və cinsi yaşamları haqda kimin nəyi necə istədiyini detallı müzakirə etsinlər. Ancaq belə halda xoşbəxtliyə çatmaq olar. Əks halda əziz oxucular qarşı tərəf, yani sizin partniyor necə anlaya bilər ki, siz nə istəyirsiz. Diqqət məsələsi hamıda ideal olmadığından biz bunu sizə məsləhət görürük. Kişilərin əksəriyyəti anlamır ki, qadın seksdə nə vaxt istəyir ki artıq cinsi birləşmə olsun. Qadınların oyanma dövründən öncə baş verdikdə bu bütün seksi korlaya bilər. Təbii ki əgər cütlük burda özləri problemi həll edə bilmirlərsə bu haqda həkimlə məsləhət-konsultasiya etməlidirlər. Subut olunmuşdur ki, dunyadakı cütlüklərin əksəriyyəti əsl seks yox, sadəcə seksual məcara yaşayır. Bir problem də kişilərin erkən boşalma problemidir. bu da nəinki kişinin özünə hətta qadına da birbaşa neqatıv təsir edir. Xanımlar da belə problemlər olduqda gərək hərəkət və danışıqlarına fikir versinlər. Məsələn kişi erkən boşaldığına görə ona küsmək, qışqırmaq, narazı olduğunu bildirmək. onun zəif kişi olduğunu soyləmək qəti yolverilməzdir. Cünki bu həmin insanın seksual psixikasının pozulmasına gətirə bilər. Belə hallar da ailələrin dağılmasına qədər gətirib çıxarır. yani hər kəs problemlə rastlaşa bilər. o səbəbdən problemi həll etmək üçün partniyorunuza kömək etməlisiz.

Qadınların etdiyi səhvlər: Kişilər sevmirlər, siqaret çəkən, alkoqol istifadə edən qadınları, ən azəndan qadın belə halda seksə konsentrasiyası pozulur. 

Qadın təmizliyə gigyenaya CİDDİ diqqət etməlidir, Aybaşının son günləri, siz bitdiyini zənn edərkən problem yaşaya bilərsiz. Bu kişilərin sevmədikləri haldır. İY və QOXU Cinsi orqanlar və qoltuq altı qoxusu, Bədən yağlılığı Kişilər ÜÇÜN kabusdur. Bu məsələnin haqq qazanılacaq tərəfi yoxdur. Zənn etməyin ki, o sizin həyat yoldaşınızdı və hər şeyi qebul etmək zorundadı. Qadınların Bəzi sirləri SİRR Qalmalıdır!

Kişilər qadınların yataqda seksə laqeyid qalmalarını və ya özlərini elə aparmalarını sevmirlər. Qadın elə davranmalıdır ki, kişi duysun ki xanımı ondan və onunla olmaqdan zövq alır. belə halda kişi özünü günahkar sayır və problemi özündə axtarır. Ümumən deyə bilərəm ki qadın stimul verməlidir kişiyə, passivlik gec tez soyuqluğa gətirib çıxaracaq.

Tanımamazlıq-kişilər sevmirlər qadın onların bədənlərini tanımamış kimi aparanda, yanı qadın kişini birinci dəfə görürmüş kimi davranmamalıdır. 

Qadın həzz almayanda, həzz almasını gizlədəndə, həzz alma yollarını və həvəsini kişiylə paylaşmayanda, kişidən seks tələb etməyəndə kişi özünü günahkar və işini yerinə yetirməsi borxlu olan robot kimi görür.

Kişilər sevmirlər partniyor onlara göstəriş verəndə, komandanlıq edəndə. belə dön, belə et və s. birincisi Bu Halda kişilər bu an düşümür ki, xanım ona etibar etmir, ona görə də kontrol etməyə çalışırlar. İkincisi isə bu an kişi instinktiv olaraq öz liderliklərini qaytarmaq fikirinə düşürlər. bu halda isə yataq sevgi yox, döyüş meydanına çevrilir.

Kişilər öz bədənlərindən çəkinən, soyunmağa utanan , işığı söndürməyi tələb edən, bədənlərinin gözəlliyinə inanmayan, özünü gizlədən qadına şubhə ilə baxırlar. “demək o çirkindir və ozünü, pis və ayıb görünən yerləri var” kimi düşünürlər.

Kişilər qəti sevmirlər yataqda çox danısan qadını. o kişinin həzz almasına mane olur. məsələdən yayındırır.

Kişilər pasteldə makiyajim ve kosmetikam pozular və ya məhv olar deyə qadağalar qoyan qadını sevmirlər. Bu zaman kişinin beynində siqnal əmələ gəlir. (-) siqnal  TOXUNMAQ OLMAZ!

Kişilər QƏTİ Sevmirlər qadınlar onların seks xidmətinə qarşılıq nə isə istəyandə. Bu Ən pis haldır.

KİŞİLƏRİN etdiyi səhvlər:

Qadınlar sevmirlər kişilər qısa müddətdə tez soyunmalarını. Əziz kişilər düşünün qadın özunü nece hiss edə bilər ayaqqabısını soyunmamış siz onun qarşısında “lut anadangəlmə durduqda”. təbbi ki cox pis.

Kişilərin Tipik etdikləri səhv Qadından onun böşalıb boşalmadığını soruşduqda, “Əzizim sen boşaldın” qəti olmaz. yaxşısı budur danışmayasız.

Kişilərin bədənlərindən qoxu və tər iyi gəlməsi qəti yolverilməzdi. OLMAZ! Duş alın!

Qəti yolverılməzdir ki, Nə qədər yorulsanızda, nə qədər yuxunuz gəlsədə Seksdən dərhal sonra yatmanız, çevrilib yuxulamanız. Bu zaman qadının gözündə “heyvan” cevirilirsiniz. Qadın isə özünü təhqir olunmuş sayır. Seksdən sonra aldığınız həzzi bölüşmək zorundasız! Qadın üçün vecinə deyi siz nə qədər işləmisiz və nə qədər yorğunsuz.

Həmişə qadınınızın cazibədarlığını və seksuallığını izləyin. hərəkətlərinizlə, gözlərinizlə ondan necə zövq aldığınızı göstərin.

Seks vaxti zarafatlar, yumor, lağ, məsxərəyə qoyulan zarafatlar yol verilməzdir. Bu seksin dəyərini ucuzlaşdırır.

Qadınlar sevmirlər uzun dırnaqlı kişiləri, Əgər barmağınəzla qadına stimul verirsinızsə onda bu dirnağla QƏTİ! yolverilməzdir. Bu Qadına xoş olmayan hiss yaşadır. hər şeyi korlaya bilərsiz

Komandanliq etmək olmaz, qalx, otur, dur vəs.! Sİz hərbi xidmətdə deyilsiz. hər şeyi incə etmək mümkündür.

qadını məcbur etməyin nəyəsə. əgər istəmirsə demək olmaz!

Qadının döşü və sinəsinə, məmə uclarına kobudluq etmək, əzmək sixmaq, dişləmək olmaz. Stimula sərhəd qoymağı bacarın.

Qadın altinizda olanda bütün çəkinizi onun üzərinə salmayın. Elə bilirsiz cətin nəfəs aldıqda ona xoşdu? Yanılırsız!

Heç bir şey seksi yayındırıb dayandırmamalıdır! Telefon qapı zəngi, televizordaki futbol, veriliş və s. 

Zasos-sortuq-sovurma yerləri buraxmaq məsləhət deyil.

Alt paltarlarını cırmaq və ya çımaq istəmək. Qadınlar paltarlarını çox sevirlər. Həm də bu vəhşilik əlamətidir. Olmaz!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir