Secme Xeberler

Ölüyə Quran oxumaq olarmı? – Rahid Hüseynin yazısı

Sharing is caring!

Qeyd: Molla deyiləm və Mollalıq fəaliyyəti ilə məşğul olmuram.
İslam dininin hökm vermək üçün 2 əsas qaynağı var. Quran və İslam peyğəmbəri Məhəmməd ( s.a.v) ın həyat və kəlamları ( sünnə və hədis) . Digər mövzular kimi Ölüyə Quran oxuma məsələsindədə bu 2 qaynağa müraciət etməkdə məsuliyyətliyik. Qurani Kərimdə Ölüyə Quran oxumaq barədə ayə olmamağı İslam dininin bu mövzuya kənardan baxmağı demək deyil. Canlı İslam olan peyğəmbəri Məhəmməd ( s.a.v) ın bu mövzuda bizə gəlib çatan hədisi var. “ Ölülərinizə Quran oxuyun.”
Bundan əlavə Məhəmməd (s.a.v) ın anası Aminə xanımın və şəhid olan səhabələrin məzarını ziyarət edərkən dua və sürələr ( fatiha və ixlas) oxuduğu bizə tarixi əsərlərlər bildirməkdədir.
Tamam! Bəzilərinin iddiası ilə bu hədis və rəvayətlər zəif hədislərdir. Yani dəqiq deyil. Əgər bu iddialarla razılaşası olsaq o zaman Bidət mövzusuna müraciət etməli olacağıq.

Bidət. Bidət nədir?
Dini mövzularda Bidət deyilən anlayış var. Lüğət mənası əlavə olunan deməkdir. Dini termin olaraq İslamda olmayıb, sonrada əlavə olunan məsələlərə Bidət deyilir.
Bidət özü 2 yerə ayrılır. Pis bidət, yaxşı bidət.
İslamın 2 ana qaynağı olan Quran və Peyğəmbər kəlamlarına zidd olan Bidətlərə pis bidətlər deyilir. Bunlar İslamın hökmlərinə zidd olaraq xurafat və uydurmaçılıqlara yol açır.
İslamın ana qaynaqlarına zidd olmayan, əsas hökmlərə kölgə salmayan, xurafat və uydurmaçılıqlara yol açmadan İslamla əlaqələndirilən Bidətlərədə yaxşı bidətlər deyilir.
Bəzilərinin təbiri ilə desək əgər Ölüyə Quran oxumaq İslamda yoxdursada yenə bu əməl yaxşı və bəyənilən adət və əməllərdəndir. Allahın Kəlamı olaraq adlandırılan Quranı hər yerdə, hər işimizdə, hər addımımızda oxumalı olduğumuz halda NİYƏ MƏZARLIQLARDA ÖLÜLƏRİMİZƏ QURAN OXUMAYAQ?
Olmaz deyə iddia edən insanların müsəlmanlar üçün məzarlıqlara gedərkən necə gedib, neyləməli olduğumuzla bağlı başqa təklifləri varmı?
Oynaya-oynaya gedək? Əl çala-çala gedək? Mahnılar oxuyaq?
Müsəlmanın hər işində Allah kəlamı ilə hərəkət etdiyi bir həyatı olmalıdır. Allahı tanıyan, Kəlməyi Şəhadətini sağlıqlarında bilən, səhər oyananda Allahı şükr edib, axşam yatanda Allahı anaraq yatan rəhmətliklərimizi ziyarət edərkən Allahın kəlamı olan Quran ayələri ilə ziyarət etmək niyə bəzilərini bu qədər narahat edir?
Quran ölülər üçün deyil, dirilər üçündür fikrinizlə nəinki, mən bütün müsəlman 100% razılıdır. Amma ölülərə Quran oxumaq Quranın dirilər üçün nazil olduğu fikrini nə təkzib , nə inkar edir demək deyil.
O zaman Quranın dirilər üçün 6236 ayələrindəki digər dirilər üçün olan hökmlərini elə dirilərə izah edin.

Şablon 4-5 təkrar-təkrar mövzuları üzərində dönüb-dönüb durmayın.

Müəllif: Rahid Hüseyn

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir