Secme Xeberler

Sakinlər etiraz edir, “AZ PERA” şirkəti tikintini dayandırmır – VİDEO

Sharing is caring!

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yaşayan sakinlər yaşadıqları ərazidə başlayan tikintidən narazıdırlar.


Tikinti işləri 9 mərtəbəli binanın həyətində aparılır.


Tikinti noyabrın 4-də başlayıb. Ərazi hasarlanıb, həyətdə olan ağaclar kəsilib. Sakinlərin etirazından sonra İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları hadisə yerinə gəlib. Bundan sonra tikinti dayandırılıb, hasar sökülüb. Amma bir gün sonra sözügedən ərazidə tikinti işlərinə yenidən başlanılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətinin Rəhbəri Ramiz İdrisoğu bildirib ki, bu ilin iyun ayının 30-da həmin ərazidə yerüstü avtomobil dayanacağının tikintisinə icazə verilib. İcazə sənədlərindən görünür ki, bundan əvvəl ekologiya nazirliyindən rəy də alınıb.


Tikintinin sifarişçisi “AZ PERA” Məhdud Məsuliyyətli Cəmiyyətdir.


Sakinlər yanğın, və ya başqa qəza olarsa, xilasetmə maşınlarının həyətə girişinin də mümkün olmayacağından narahatdır.


Fövqəladə Hallar Nazirliyindən Toplum TV-yə bildlirilib ki, ərazi hasara alınsa da hazırda tikinti işlərinin aparıldığı müəyyən olunmayıb. Bununla belə göstərilən məsələ ilə bağlı aidiyyatı orqanlara rəsmi müraciət olunması nəzərdə tutulur.


Əlaqədar dövlət qurumları ziddiyyətli açıqlamalar verir. Ancaq görünən budur ki, sakinlərin etirazına baxmayaraq, ərazidə tikinti davam edir. //Toplum TV//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir