Region

Ekologiya Nazirliyinin SAXTA İŞLƏRİ… – Belə ÖRT-BASDIR EDİLİR…

Redaksiyamıza Masallı sakinindən belə bir şikayət məktubu daxil olub və vətəndaşın aidiyyatı orqanlara ünvanladığı şikayət məktubu:

Masallı rayon Güllütəpə kənd sakini Ağayev Kərəm İsabala oğlu tərəfindən


Ərizə

Yazıb Sizə bildirirəm ki, mən dəfələrlə Sizə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən özbaşınalıq, saxtakarlıq, meşələrin “soyqırıma” məruz qalması, Dövlət Meşə Fondunda qanunsuz zəbtlər, meşə torpaqlarının qazılıb satılması, dövriyyədə olan əkinlərin faktiki olmaması, saxta yolla olmayan əkin və təbii bərpaları örtülü meşə sahəsinə keçirilməsi, mənim şikayət məktublarıma cavab verilməmısi, yağıntılı havada (olmayan) əkinlərə suvarma və xidmətin yazılması , dövlət vəsaitinin mənimsəməsi barədə müraciət etmişdim.
Mənim şikayətim araşdırmaq üçün 1 saylı Regional Ekologiya Idarəsinə tapşırılmışdı və bu İdərənin işçiləri, rəisləri olan Şakir Quliyevin göstərişi ilə düzgün araşdırmamış və saxtakarlığa yol vermişdirlər.
1 saylı REİ-nin əməkdaşı Zabit Əzimov mənı zəng vuraraq əkinlər barədə şikayətimin araşdırılmasını bildirdi və mən isə ona: Mən hazır, gedək araşdırmada iştirak edək, amma araşdırmada Videoçəkiliş olacaq, o isə buna icazə yoxdur deyərək bildirdi.
Sual: əgər çəkilişə icazə yoxdursa, bəs onda niyə Ekologiya və meşə təsərrüfatı işçiləri ərazilərdə foto və Video çəkilişlər edirlər və hətta bəzən fotoşəkilləri və vidediskləri yazılı işlərə (aktlara) də əlavə edirlər?!.

Yazıblar mənim üzərimə guya, Ekologiya Nazirliyinin audit qrupu tərəfindən əkinlər isti və quraqlıq hava şəraitinin keçməsindən batdığı bildiriblər və idarə öz daxili vəsaiti hesabına həmin əkinləri bərpa edir.

Sual: əgər əkin batibsa, o zaman niyə Fövqalada Hallar Nazirliyinin rəyi olmadan bunu yazıblar ? və bu ilin yay mövsümündə o əkinlərə suvarmada yazılıb.

Daxili imkanlar hesabı deyəndə bunlar nəyi nəzərdə tutur?
Bunların əmək haqqısı 400-500 civarındadır. 800 hektar əkini hansı daxili imkanlar hesabına bərpa edəcəklər ?!
Bu əkinləri heç cür mümkün deil ki, bərpa etsinlər. Əgər etsələr belə, bunların örtülü meşəyə keçməsi üçün 5-10 il vaxt lazımdır. Eyni zamanda həmin əkinlərin örtülü meşə sahəsinə keçən qədər xidmət, suvarma və mühafizə işləri görülməsi üçün, Adəm Ismiyevin daxili imkanları buna yetərmi?!

Direktor Adəm İsmiyev bu əkinləri hansı vəsait hesabına bərpa edir?
Tingi hardan gətirir?
Yanacaq hardan alır?
Əkinlərin bərpasında meşəçilər bəs niyə işləyib öz gündəlik gördükləri işlərini buraxırlar?

Deyillər: ” 2016-ci ildə əkilən 138 hektar əkini örtülü meşə sahəsinə keçməyib”.

Sual: Yaxşı, örtülü meşə sahəsinə necə keçməyib ki, bu barədə rəsmi möhürlü sənət yazıb, altında imza da çəkiblər?!
2020-ci ildə saxta keçiriblər olmayan əlini örtülü meşə sahəsinə

Guya , 2020-ci ildə örtülü meşə sahəsinə keçən 860 hektar təbii bərpaya vəsait xərclənməyib.
Sual: yaxşı, o 860 hektar təbii bərpa haradadır və gəlib onu göstərsinlər?

Masallı meşəbəyliyinin 24 saylı dolayında Hüseynhacılı kəndinin yanında olan 1.00 ha yaxın dövlət meşə fondu (5000 m³ dan çox ) torpağı qazılaraq kərpic zavodlara və digər vətəndaşlara satılıb və hətta biz orada “kamaz” markalı maşınlar və “ekskvatorlar”ın videoçəkilişlərin də etmişik və əlimizdə bu barədə kifayət qədər maddi sübut və dəlil də vardır , qazılan yerin bir hissəsi düz meşə zolağının içinə düşür.

Bunlar isə bildirirlər ki, guya, qazıntı aparılan əraziyə baxış keçirdiblər və qanuna müvafiq şəkildə tədbir görüblər?

Sual: hansı tədbiri görüblər?
Hansı aktı və dəymiş ziyanı yazıblar?
Və bu işdə əli olanlardan kim cəzasını alıb?

Artıq 4 aydır ki, mən şikayət edirəm və mənə bildirirlər ki, araşdırma gedir. Bunların araşdırması hələ bitməyibmi?

Araşdırma mənim iştirakımla aparılmalıdır, araşdırmanı kim aparır, nə vaxt aparır və nə vaxt bitəcək, araşdırmaya dair tərtib olunmuş aktların surətləri, dəymiş ziyan və ərazidə çəkilmiş fotoşəkillər niyə gizlədilir?.

Mən barələrində şikayət verdiyim adamlar mənim şikayət məktubumu araşdırıb.
Bu isə bir başa qanuna ziddir.
Burada hansı düzgün araşdırmadan söhbət gedə bilər?!

Xahiş edirəm bu yazdıqlarım mənim iştirakımla qanuna müvafiq şəkildə araşdırılmasına köməklik göstərərdiniz. 

//azinfo.tv//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir