Region

Qafandan gedən yolda lövhə vuruldu – “Azərbaycana xoş gəlmisiniz”

Sharing is caring!

Azərbaycan hərbçiləri Azərbaycan və ingilis dillərində lövhə quraşdırıblar:

“Azərbaycana xoş gəldiniz”, həmçinin Kafan şəhərindən Çakaten kəndinə və bir sıra digər kəndlərə gedən yolda Azərbaycan bayrağı asıblar.

Səbəb bu yolun Kafanın həmsərhəd olduğu Zəngilan rayonunun işğalı zamanı ermənilər tərəfindən salınmasıdır.

Bu barədə Ermənistan Ombudsmanı Arman Tatoyanın Facebook səhifəsində deyilir.

Erməni KİV-lərinin verdiyi məlumata görə, yerli əhali ciddi həyəcan keçirir və yeni ərazilərin itirilməsindən qorxur.

Bir qədər əvvəl yerli ermənilər digər yerlərdə quraşdırılan oxşar lövhələrin üzərinə boya atmağa çalışırdılar. 

Qafandan gedən yolda lövhə vuruldu – “Azərbaycana xoş gəlmisiniz”
XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir