“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. XəbərAl.az xəbər verir ki,artıq ən ucqar kəndlərdə belə “Nar”-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür. Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. […]
Kulis.az müğənni, Əməkdar artist Teymur Əmrah haqqında maraqlı faktları təqdim edir. Teymur Həşim oğlu Əmrahov 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Şəhər Uşaq Yaradıcılıq Evində dərs alıb. Sənətə böyük həvəsinin, gözəl səsinin olduğunu görən müəllimləri ona dəstək olub, təhsilini davam etdirməsinə yardım ediblər. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. […]
Azərbaycanda fəaliyyət göstərən bəzi istirahət mərkəzlərində vəhşi heyvanlar qəfəsdə saxlanılır. Eyni zamanda, ekzotik quşlar masaların arasında, attraksion ərazisində sərbəst gəzib-dolaşır. Sahibkarların həmin heyvanları qəfəsdə saxlamaqda məqsədi daha çox turist cəlb etməkdir. Amma həmin heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içində olur. Bir müddət əvvəl Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində də vəhşi heyvanların acınacaqlı vəziyyətdə saxlanılmasına […]