MDB

“Türkiyə ilə münasibətləri düzəlt, yoxsa başqa yerə köçməli olacağıq…” – Nikol Paşinyana…

Sharing is caring!

Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın keçmiş siyasi müşaviri Jirayr Liparityan Dağlıq Qarabağdakı ağır məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyana səslənib.
XəbərAl.az xəbər verir ki, o, Paşinyana, “Türkiyə ilə münasibətləri düzəlt, yoxsa başqa yerə köməli olacağıq”-deyə çağırış edib. 1990-cı illərdə Dağlıq Qarabağ danışıqlarına qoşulan Liparityan, məğlubiyyətdən sonra İrəvan hakimiyyətində öz tövsiyələrini verib. 
O, çıxışı zamanı bildirib ki, “Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması lazımdır. Yoxsa çantalarımızı toplayıb başqa bir yerə köçəcəyimizə inanıram”. 
Paşinyan hakimiyyətini sərt tənqid edən Liparityan Ermənistanın qonşularını düşmən olaraq görməyən bir hökumətə ehtiyacı olduğunu bildirib: “Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır, nəticədə bu təhlükəsizliyi təmin edir. Əgər mövcud vəziyyət davam edərsə, nifrət və qorxu qalib gələcək. Qonşu dövlətlərlə münasibətləri qurmaq lazımdır. Azərbaycan və Türkiyə ilə doğrudan da danışmaq, niyə yox dediklərini anlamaq lazımdır. Bu düşmənçilik deyil, qonşularınızla münasibətlər qurduğunuza və onun nəticələrini anladığınıza dair güvən verəcəkdir”-deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir