İyunun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib. Bununla bağlı DTX-dən məlumat verilib. Bildirilib ki, komissiya […]
“İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq”. Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində çıxışında bildirib. O bildirib ki, əvvəl bu planda rayonlar üzrə adlar salınıb, lakin indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir. R.Əliyev onu da əlavə edib ki, bu gün Qarabağ […]
Bakıda keçmiş polis əməkdaşı intihar edib. “Qafqazinfo”nun məlumatına görə, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb. İlkin ehtimallara görə, onun intiharına səbəb xəstəliyi olub. Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub. […]