Bakıda mənzildə meyit tapılıb. Bu barədə Xeberal.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər. Xeberal.az
Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli Xeberal.az-ya bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür. “Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı […]
28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin tarixi abidələri və körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. “Report”un Türkiyə bürosu xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyatı dövlət qurumlarının dəstəyi ilə baş tutub. Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəsini birləşdirən […]