MARAQLI

Sabah Azərbaycana qış gəlir

Sharing is caring!

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında deyilir.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur.

Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir