Qarabağ İdman Klubunun rəhbəri Anar Səfərov Qraplinq güləşi üzrə gənclərdən ibarət yığma komandanın baş məşqşisi təyin olunub. Bu vəzifə ona Azərbaycan Pankration MMA ve Qraplinq fedarasyasinin prezidenti Azad Esgerov tərəfindən verilib.
XəbərAl.az-a daxil olan məlumata görə, Anar Səfərov həmçinin, Avroasiya Kombat ciu-citsu ve Azərbaycan Braziliya Ciu-Citsu klubların ictimai birliyinin prezidenti Aqil Acalov tərəfindən Braziliya ciu-citsu idman növü üzrə də yiğma komandanın baş məşqiçisi postuna təyin edilib.
Qeyd edək ki, Anar Səfərov bir çox beynəlxalq turnirlərin qalibi olmaqla yanaşı həmçinin, Braziliya ciu-citsu idman növü üzrə dünya cempionatının mükafatçısıdır.