Hadisə Ölkə

Aydın Xırdalanlı vəfat etdi

Sharing is caring!

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı vəfat edib.

XəbərAl.az  xəbər verir ki, bu barədə meyxanaçının həmkarı Namiq Qaraçuxurlu instagram hesabında yazıb:

“İndicə aldığım məlumata görə, meyxana sənəti daha bir sənətkarını itirdi. Bayaqdan əlim-ayağım əsir. Arzum vardı ki, söz xiridarı üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olsun”.

***

Meyxanaçının qardaşı Heybət “Qafqazinfo”ya açıqlamasında faktı bir daha təsdiqləyib. O bildirib ki, ağciyərində güclü soyuqdəyməsi olan qardaşı 3 gün idi ki, yataqdan durmurdu, vəziyyəti ağır idi.

Yas mərasimi sabah saat 14:00-da Xırdalanda olacaq. Ailəsi heç bir media orqanının dəfndə iştirak etməsini istəmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir