manset Ölkə

Mikayıl Cabbarov koronavirusa görə göstərilən maliyyə dəstəyinin məbləğini açıqladı

Sharing is caring!

“Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 21 min 432 vergi ödəyicisinə 37 milyon 930 min 300 manat ödənilib”.

Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, dövlətin sahibkara maliyyə dəstəyinin məbləği minimum 250, maksimum isə 5 000 manatdır.

Nazir qeyd edib ki, koronavirusdan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4 faizdir.