Müsahibə

Zər qədrini zərgər bilər – Müsahibə

Sharing is caring!

Xəbəral.az “Caharşah” yaradıcılıq mərkəzinin rəhbəri Cahid Cavadovdan müsahibə alıb.

Jurnalist Ülkər Tahirqızının müsahibəsini sizlərə olduğu kimi təqdim edir:

1️⃣ SUAL:
“ABAD” əsasən
hansı sahələri əhatə edir?

CAVAB:
Mən 2018- ci ildən “Abad”çı komandasının üzvlərindən biriyəm. “Abad” gənc rəssamları,sənət ustalarını yeni təsis olunan qruplara dəvət edirdi.
Biz o vaxt maqnitlər, breloklar, milli ornamentlərlə bəzək əşyaları hazırlayıb sərgiyə təqdim edirdik. Burada uzun müddət milli ornametlərlə bəzədilən müxtəlif əl işləri hazırlamışam.

2️⃣ SUAL:
H.Z.Tağıyevin 200 illik yubleyi ilə əlaqədar maneta gümüş istehsal etmisiz. Lahiyənizlə bağlı fikirləriniz oxuculara maraqlıdır.

CAVAB:
Mən 2021- ci ildə ilk dəfə Qarabağın işğaldan azad olunması , zəfər ilimizə həsr olunan maneta istehsal etdim. Daha sonra düşündüm ki, bu işi davamlı olaraq həyata keçirim. Bununla bərabər, Qubadlı, Cəbrayıl, Şuşa ilə bağlı manetalar da istehsal etdim.Hələlik, bu əl işlərim məhdud saydadır.
2021 -ci ildə Mədəniyyət Naziri ilə görüşdüm və həmin əl işlərimi ona təqdim etdim. Daha sonra, milli məclisin üzvü Qənirə Paşayevaya , o cümlədən ictimai fəaliyyətlə məşğul olan insanları eyni adlı əl işlərimi təqdim etdim.
H.Z.Tağıyevlə bağlı araşdırma aparırdım. Fikirləşdim ki, bu mövzuda yeni bir ideyam olsun və onu fərqli şəkildə tamaşaçı auditoriyasına təqdim edim. Belə də etdim.
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2023-cü il də H.Z. Tağıyevin 200 illik yubleyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı oxudum.


Düşündüm ki, bir zərgər olaraq mən də öz töhvəmi verim. Və yubileylə bağlı maneta hazırladım. Nişanın üzərində H.Z.Tağıyevin ev muzeyi, Bakıda ilk dəfə fantan vuran neft quyusunun və Tağıyevin portreti əks olunub. Bu nişandan üç ədəd hazırlamışam. O, olduqca dəyərli insandır. Öz zamanında ölkəmiz ücün cox faydalı işlər görüb.Və neft milyonçusunun gördüyü işlərin töhfələri əsrlərə yoldaşlıq edir.
Mən də bir zərgər olaraq onunla bağlı kicik töhfələrimi verdim.
Sentyabr ayında Tarix Muzeyində sərgi olacaq. Bir manetalardan birini həmin muzeyə hədiyyə edəcəyəm. Digər nişanlardan biri Mədəniyyət Nazirinə və Bəhram Bağırzadəyə təqdim olunub.

3️⃣ SUAL:
Əsərlərin secimində hansı nüanslara üstünlük verirsiniz?

CAVAB:
Hazırda növbəti bir sərgiyə hazırlaşıram. Sərginin mövzusu sirr olaraq qalsın. ( gülür) Mən realizim tərəfdarıyam. Biz şərq üslubunda hazırlanan real işləri daha cox sevirik. Tamaşaçılar improvizələri çox vaxt qəbul etmirlər. Reallıq odur ki, real həyatı əks etdirən vizual əsərlər tamaşaçıların daha böyük marağına səbəb olur. Ümumilikdə, hər əsərin öz dəsti- xətti var. Mənim işlərimdə reallıq və improvizələr xüsusi yer tutur. Əsasən soyuq rənglərə üstünlük verirəm.

4️⃣SUAL:
Cahid bəy, alıcılar daha cox hansı məhsullara üstünlük verirlər? Yerli bazarla xarici bazar arasında təlabatın fərqi nədir?

CAVAB:
Mən öz əsərlərimi yox, zərgərliklə bağlı əl işlərimi satlram. Çünki zərgərlik əşyaları daha cox qarşı tərəfin zövqü, fikiri və ideyası əsasında hazırlanır. Əlavə olaraq onu da qeyd edim ki, mən həm də bir rəssam olaraq öz işimi tədris edirəm və tələbələrim var.

5️⃣SUAL:
Yeni kolleksiya üzərində işləyirsiniz? Bu barədə oxucularımıza məlumat verərdiniz.

CAVAB:
Çalışıram ki, kolleksiyalarımı iki ildən bir yeniləyim. Maneta istehsalını qeyd eydiyim kimi məhdud saydadır. Onları xüsusi təkliflər əsasında hazırlayıram.
Artıq əl işlərimdən ibarət rəsm sərgimi təşkil etmək istəyirəm . Tək zərgərliklə yox , həm də insanları rəng dunyamla da tanış etmək niyyətindəyəm.
Hər zaman düşünürəm ki, nə yoxdur, nə edilməyib, nəyi etmək olarsa onu edim. Mən rəssamlıq ilə bağlı hazırlaşdığım sərgidə öz mədəniyyətimizlə yanaşı, həm də dünya mədəniyyətini əks etdirəcəm. Hər bir rəssam öz sərgisini zamanın hansısa bir axarında təşkil etdirməlidir ki, tamaşaçıları onun rənglərlə dünyasına səyahət edə bilsin.

Müsahibəni hazırladı: Jurnalist Ülkər Tahirqızı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir