Müsahibə

Kitablar, feminizm, rus sektoru: “Danışaq?” layihəsinin budəfəki qonağı Nigar Köçərli oldu – VİDEO

Sharing is caring!


Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir maraqlı videomüsahibə təqdim edib.

Ənənəvi cümə podkastının budəfəki qonağı “Əli və Nino” kitab mağazaları şəbəkəsi və nəşriyyatının baş direktoru, eyni zamanda sahibi Nigar Köçərli olub.

Söhbət zamanı Nigar Köçərli kitabın və mütaliənin insanın həyatında və inkişafındakı rolu barədə danışıb. Onun sözlərinə görə, kitab oxumaq zəruridir. Çünki mütaliə insanın dünyagörüşünü genişləndirir, həyata baxışını, fikir və dəyərlərini formalaşdırır, uğurlar əldə etməsinə, yüksəlməsinə, inkişafına kömək edir.

Nigar Köçərlinin fikrincə, heç vaxt kitab oxumayan insanlar hələ onların həyatını tamamilə dəyişdirəcək və kitab oxumağa həvəsləndirəcək “öz kitabları”nı tapmayıblar.

“Biz çox nadir ölkələrdənik ki, insanlar həyatlarında heç bir kitab oxumadıqlarını qürurla bəyan edirlər”, – deyə o qeyd edib. 

Nigar Köçərli istənilən istiqamətdə mütaliənin önəmli olduğunu vurğulayıb.

“Mən ciddi və qeyri-ciddi ədəbiyyat deyə bir fərqləndirmə aparmazdım. Çünki istənilən ədəbiyyat ciddi ədəbiyyatdır”, – deyə o bildirib.  

Daha ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir