Müsahibə

Donorları Assosiasiyasının sədri Fuad Əsgərov: Bunun üçün yetərli qədər maliyyə vəsaiti lazımdır.-Müsahibə

Sharing is caring!

Xəbəral.az xəbər verir ķi, “Qısa zamanda qan xəstələrinin qana olan təlabatı kökündən həll olacaqdır”. Bu sözləri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bildirib.

Ölkədə və dünyada qan xeyriyyəçisi kimi tanınan, Qan Donorları Assosiasiyasının sədri Əsgərov Fuad respublikada qan donorluğunun hazırki, vəziyyəti və qan xəstəlikləri ilə mübarizə imkanlarını əhatə edən müsahibə verib.
Xəbəral.az həmin müsahibəni təqdim edir:

Ölkədə qan donorluluğunun hazırki, vəziyyəti nə yerdədir ?

İlk öncə qeyd edim ki, ölkədə könüllü və təmənnasız qan donorluğu hələdə tam inkişaf etmiş bir mərhələdə deyil. İnsanları könüllü və təmənnasız qan donorluğuna müxtəlif elanlar və təşkil olunan aksiyalarla cəlb edirik. Beəli belə bir təcrübə bir çox ölkələrdə keçirilir. Lakin bizim məqsədimiz pərakəndə deyil, peşəkar yanaşma ilə həyata keçirilən donor sayının artırılmasıdır. Düşünün ki, hər bir sağlamlıq imkanı icazə verən şəxs heç bir dəvət olmadan sadəcə ildə bir neçə dəfə şəxsiyətini təsdiq edən sənədlə bərabər könüllü, yaxınlığında olan qan bankına yaxınlaşır və donor olur. Bu adət-ənənənin bütün cəmiyyəti əhatə etməsi qana olan tələbatı kökündən kəsə bilər. Bu istiqamətdə illərdir bir çox layihələrə imza atmışıq. Uğurlu olanıda olub, uğursuzuda amma önəmli olan təbliğat mexanizmi düzgün qurulub. Sadəcə fərdlərində mövzuya həssas yanaşması çox vacibdir. Etiraf etməliyəm ki, könüllü və daimi donorlarımız da az deyil.

Hazırda qan donorluğunun təbliği ilə bağlı geniş miqyaslı hansı layihəniz var ?

Bəli #ağrıyaqarşı #nəfəsal layihəsi işlək vəziyyətdədir və təbliğat aparılır. Lakin son iki ildə pandemiya genişmiqyaslı tədbirlərə maniyələr yaratdı . Artıq 2019-cu ildən bəri donorlar üçün düşərgələr keçirə bilmədik. Bunda həm də, maliyyə imkanlarının zəif olmasının da böyük rolu oldu. Nə qədər acı olsa da etiraf etməliyik ki, istər dövlət qrumları istərsə də, özəl sektor bu istiqamətdə bizə dəstək olmadı. Qan iyanəçiliyi çox nəcib bir fəaliyyətdir və bu fəaliyyətin həssas tərəfləri çoxdur. Donorlara qarşı diqqət və qayğıda əvəzsiz olmalıdır. Məsələn qan donoru olan insanlara, onların bu addımına qarşılıq hansısa özəl imtiyazları olmalıdır. Deyək ki, ildə dörd dəfə təmənnasız donor olan şəxs ildə bir dəfə təmənnasız sanatoriyaya göndərilə bilər. Bu halda biz onun sağlam olmasında köməklik etmiş olardıq. Bu tipdə imtiyazlar sovet dönəmlərində olub. Amma təəssüf ki, biz son iki ildə adi düşərgələri belə keçirə bilmirik. Bunun üçün yetərli qədər maliyyə vəsaiti lazımdır.

Beynəlxalq təcrübədən söz açdınız. Bu barədə daha geniş məlumat verə bilərsiniz ?

Bəli !. Birliyin beynalxalq təcrübəsi və əməkdaşlığı ən yüksək həddədir. Qeyd edim ki, Qan Donorları Assosiaasiyası 90 ölkənin təmsil olunduğu Qan Donorları Cəmiyyətlərinin Beynəlxalq Fedarsiyasına üzvdür və 2019-cu ildə Dünya Gəncləri Forumu ölkəmizdə keçirilmişdir. Bu forum ümumilik də 20-dən çox ölkə, 100 nəfərdən çox iştirakçı ilə baş tutmuşdur. Daha öncələr isə səkkiz dəfə Dünya Gəncləri forumunda təmsil olunmuşuq. Nəyin ki avropada yaxın Asiya ölkələri ilə sıx əlaqədəyik buna misal Pakistan, Hindistan və Nepalı misal göstərmək olar. Fəaliyyətimizi genişləndirmək və yeni layihələr imza atmaqda israrlıyıq. Qeyd edimki hazırda üzərində işlədiyimiz layihə bütün ölkə əhalisinin qısa müddətdə əldə edəcəyi bir qproqramdır. Qana ehtiyacı olanda qan vermək istəyəndə sürətli qan almaya və qan verməyə qoşula biləcəkdir. Bu haqda layihənin təqdimatından öncə geniş məlumat verəmək istəmirəm amma qısa zamanda ölkəmizin qan tələbatını tam ödəyəcək böyük bir layihə üzərində çalışırıq.
Ölkədə hazırda nəqədər insan irsi qan xəstəliklərindən əziyyət çəkir.
Bilirsiz bu rəqəm mütamadı dəyişir . Ümumiyyətlə irsi qan xəstəliyi dedikdə hemofiliya və talasemiyyadan söhbət gedir . Bildiyim qədəri ilə ölkəmizdə təqribən 1500-dən ç0x hemofiliyalı və 4 116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır. Amma biz onlarla bərabər həmdə Leykimiyalı şəxslərdə qan dəstəyi oluruq. Doğum evlərindən zənglər gəlir həyatı təhlükədə olan gənc ana və yeni doğulmuş uşaqlarında yaşaması üçün mübarizə səhiyyəmizə yaxından dəstək oluruq. İşin hən zövq verici tərəfi isə qana ehtiyacı olan insanın həyatını xilas etdikdən sonra zəng edib təşəkkür etməsidir. Dərindən nəfəs alıb növbəti vətəndaşımızın həyatını xilaas etməkdə vasitəci olduq hissi adama izahsız zövq verir.

Müsahibə üçün təşəkkür edirik . Sonda nə demək istərdiniz ?

Sonda insanlara qanvermənin təhlükəsiz oldğunu və rahatlıqla qan banklarına yaxınlaşıb insanların qana olan ehtiyaclarını qarşılamağa dəvət edirəm. Bu nəcib addımla bir insanın həyatını xilas etmiş olursunuz. Qan verək, xilas edək !

Hazırladı: Günel Azəri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir