Müharibə

Nazirlik rəsmisi: “Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”

Sharing is caring!

“I Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin sümük qalıqları bizə göndərilir. Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”.

“Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

“Həmin sümük qalıqları bizim əməkdaşlarımız tərəfindən araşdırılıb. Müəyyən olunub ki, onların içərisində 156 şəxsə aid sümük qalıqları var. Həmin sümük qalıqlarının ümumi sayı isə 10 640-dır”, – Ə.Həsənov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir