Müharibə

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Sharing is caring!

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə beş mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir