Müharibə

Füzuli sakini: “Əsgər yoldaşlarımın qanı ilə yoğrulan doğma yurduma gedirəm”

Sharing is caring!


“Bu gün keçmiş döyüşçü kimi çox kədərlənirəm, əsgər yoldaşlarımın qanı ilə yoğrulan doğma yurduma gedirəm”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Fazil Ağayev deyib.

O bildirib ki, bu günlər ona yuxu kimi gəlir:

“Döyüşçü olmuşam. Həm də məktəbdə hərbi rəhbər işləmişəm. Bizim o torpaqlarda qanımız tökülüb, torpağımız şəhid qanı ilə yoğrulub. Ona görə çox kədərlənirəm. Hərbi rəhbər kimi çalışdığım hər günümdə, hər dəqiqəmdə balalarımızın vətənpərvər ruhda böyüməsi, tərbiyə alması üçün əlimdən gələni etmişəm. Bakıda Zirə qəsəbəsində yaşayırdım. Bu gün isə öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 104 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 500 ailənin (1 854 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir