Müharibə

Hikmət Hacıyev Qarabağın erməniəsilli sakinlərinə edilən humanitar yardımlar barədə məlumat verdi – FOTO

Sharing is caring!


“Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin yaşadıqları məntəqələrə bu günədək humanitar yardımlar çatdırılıb, bundan sonra da çatdırılacaq”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.

Diplomat bu günə qədər olan yardımların infoqrafikasını da paylaşıb.

Qeyd edək ki, Azərbaycan bu gün daha bir humanist addımı ilə beynəlxalq aləmə nümunə olub. Ölkəmiz Qarabağdakı erməni sakinlərə növbəti dəfə yardım əlini uzadıb – Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir