Müharibə

Müdafiə Nazirliyi: Mövcud şərait bölmələrimizin nəzarəti altındadır

Sharing is caring!


“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır”.

Oxu.Az-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunlar əsassız iddialardır:

“Sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır”.

MN rəsmisi əlavə edib ki, hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir:

“Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir