Müharibə

“İki TIR ərzaq yükü Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq”

Sharing is caring!


“Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yükünün Xankəndiyə çatdırılması üçün hələ də cavab gözləyirik”.

Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq beşinci gündür ki, müvafiq işçi heyəti ilə buradadırlar:

“Hamı üçün məqsədimiz bəllidir. Məqsəd və məramımız ondan ibarətdir ki, iki yük maşınında olan ərzaq yükünü Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükü Xankəndidə olan erməniəsilli sakinlərə çatdırılana kimi biz burada qalacağıq, işimizi davam etdirəcəyik”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir