Müharibə

Markov: “Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın iradəsinin təzahürüdür”

Sharing is caring!


“Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması vəziyyətin prinsipial şəkildə dəyişməsi deməkdir. Nəzarət-buraxılış məntəqəsi Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyini tam bərpa etmək iradəsinin birbaşa və aşkar təzahürüdür”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin qarşıdan gələn üçtərəfli görüşündə hansı mövzuların müzakirə oluna biləcəyi ilə bağlı ehtimallarını irəli sürüb:

“Üçtərəfli Bəyanatın icrası, sərhədlərin demarkasiyası və delimitasiyası, nəqliyyat dəhlizlərinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq. Əsas müzakirə mövzusu isə Qarabağın erməni icmasının sakinlərinin Azərbaycan dövlətçiliyinə necə inteqrasiya edəcəyi olacaq. Ermənistan rəhbərliyi görür ki, bu, mütləq olacaq və başa düşürlər ki, Rusiya bununla bağlı Azərbaycanla münaqişə etməyəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir