Müharibə

Rusiyalı ekspert: “Paşinyanın taktikası vaxtı mümkün qədər uzatmaqdır”

Sharing is caring!

“Ermənistanın baş naziri Nikol Paşinyanın taktikası vaxtı mümkün qədər uzatmaqdır. O, bununla NATO-ya xoş gəlməyə çalışır ki, Fransanın köməyi ilə ordusunu yenidən silahlandırmağa cəhd etsin”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko deyib.

Politoloq bildirib ki, ABŞ və Fransa Ermənistandan öz məqsədləri üçün istifadə edir:

“İndi Vaşinqton və Paris Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır. Onların məqsədi Rusiyanı Qafqazda yeni silahlı münaqişəyə cəlb etməkdir. Buna görə də bu ölkələr İrəvanla əlaqələrindən Paşinyanı yeni avantüraya həvəsləndirmək üçün istifadə edirlər. Amma Şimali Atlantika Alyansına xoş gəlmək lazımdır. Yalnız bundan sonra ola bilsin ki, gələcəkdə onlar Ermənistana 2020-ci ilin payızının revanşını almağa kömək etsinlər. Bax, amerikalılar məhz buna çalışırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir