“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində heç bir ixtisar aparılmayacaq”. Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib. O bildirib ki, ADY fəaliyyətini davam etdirir: “Heç bir əməkdaşın ixtisarı, ümumiyyətlə, kütləvi ixtisarlar gözlənilmir. Yeni istiqamətlər üzrə dəyişikliklər olacaq”. Könül Cəfərli Xeberal.az
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə, o, Xəzər RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Yenidən qurulan Ağdam şəhərinə köçürüləcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün addımlar atılır. APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni salınan yaşayış kompleksləri ilə yanaşı, […]