Media

Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Sharing is caring!

2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib.

XəbərAl.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Jurnalistlərin Beynəlxalq Federasiyası təşkilatının hesabatında bildirilir.

Bu, 2019-cu il ilə müqayisədə 17 nəfər çoxdur. Ötən il jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunub. İl ərzində hər ki ölkədə 10 jurnalist qətlə yetirilib.

Bundan başqa, Suriya, Hindistan və Pakistan da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına salınıb. 

Hesabatda bildirilir ki, 1990-cı ildən bu günədək dünyanın müxtəlif ölkələrində 2680 media nümayəndəsi öldürülüb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir