Media

Amerikalı jurnalist Qarabağ barədə veriliş təqdim etdi – FOTO

Sharing is caring!

Amerikalı jurnalist və televiziya aparıcısı, “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Kelvin Batçelor Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovdan aldığı müsahibə barədə paylaşım edib.

O, bununla bağlı “Twitter” hesabında yazıb.

“Bakıya aparan yol: Ermənistan separatçı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi”, – deyə o qeyd edib.

Hüseyn Mahmudov verilişdə bildirib ki, 1992 və 1993-cü illərdə Azərbaycanın bəzi əraziləri ermənilər tərəfindən işğal olunub:

“1992-ci ilə qədər açıq müharibə başladı. Ermənilər 600 mülki şəxsimizi öldürdü.  Döyüşlər zamanı Azərbaycan 20 faiz torpağını itirdi və bir milyon qaçqınımız oldu”.

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası qeyd-şərtsiz Ermənistanın torpaqlarımızdan geri çəkilməsinə dair qətnamə qəbul etdi, bu 20 ildən artıq müddətdə həyata keçirilmədi. ATƏT-in Minsk Qrupu tərəfimizdən qəbuledilməz olan status-kvonun qorunub saxlanmasına çalışırdı.

Otuz il ərzində Ermənistan Azərbaycan mülki vətəndaşlarını öldürmək üçün təmas xəttinə  raketlər yığmaqla lobbiçilik etdi”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir