MDB

ABŞ-da ilk olaraq kimlərin peyvənd ediləcəyi məlum oldu

Sharing is caring!

ABŞ-da koronavirusa qarşı peyvəndləmə bu gün başlayır.

“The Washington Post” ölkənin Milli Təhlükəsizlik Şurasının (SNB) Ağ Evdəki sözçüsü Con Elliota istinadən xəbər verir ki, ilk olaraq yüksək vəzifəli məmurları COVID-19-a qarşı peyvənd ediləcəklər.

Ağ Evin bəzi nümayəndələri də prioritet qrupa daxil ediləcəklər.

Elliot qeyd edib ki, hər üç hakimiyyət qolundan yüksək vəzifəli məmurlar icra hakimiyyəti tərəfindən təyin olunan protokollara uyğun olaraq peyvənd ediləcəklər.

Bir neçə yüksək vəzifəli amerikalı rəsmi şəxs bu gün peyvənd olunacaqlar. Bunlara vitse-prezident Mayk Pens də daxil ola bilər. Demokrat Co Bayden və qrup üzvlərinin peyvənd ediləcəyi barədə məlumat verilməyib.

ABŞ rəhbərliyində peyvəndləmə on gün ərzində aparılacaq ki, rəsmilər mümkün yan təsirləri “eyni zamanda” yaşamasınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir