MARAQLI

Beyni “toka” verməklə yaddaşı dərmansız yaxşılaşdırmağın yolu tapılıb

Sharing is caring!

Yaşlı insanların beyninə 20 dəqiqəlik elektrik şoku ən azı bir ay ərzində qısamüddətli yaddaşı yaxşılaşdırır.

Boston Universitetinin nevroloqlarının bununla bağlı tədqiqatları “Nature Neuroscience” jurnalında dərc olunub.

Məlumata görə, tədqiqatda 65-88 yaş arası 60 nəfər iştirak edib. Onlar üç qrupa bölünüblər. İştirakçılardan bəziləri impuls almayıb, ikincisində – impulslar beynin qısamüddətli yaddaşla əlaqəli sahəsinə, üçüncüsündə isə uzunmüddətli yaddaşa çatıb.

Terapiyadan sonra yaşlı kişilərdən və qadınlardan sözləri əzbərləmələri tələb olunub. Məlum olub ki, dörd gün ərzində iştirakçıların həm qısamüddətli, həm də uzunmüddətli yaddaşı yaxşılaşıb.

“Beynin kimyasına təsir edən dərman və preparatlardan fərqli olaraq, bu cür yanaşma beyindəki neyronlara təsir göstərir. Elektrik stimullaşdırma, yəqin ki, yaddaş üçün vacib olan sahələrdə yeni neyronların böyüməsini stimullaşdırır. Beynimiz plastikdir və öyrəndikcə dəyişə bilir”, – nevroloqlar qeyd ediblər.

Tədqiqatçılar əlavə ediblər ki, yaddaşı dörd gün ərzində düzələn insanlar bir aydan sonra daha yaxşı yaddaşa sahib olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir