MARAQLI

“Parkovşik”i döyən qadın sürücü müəllim imiş – VİDEO

Sharing is caring!

Bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu üzə çıxıb. Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəlidir və iki uşaq anasıdır. Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı ərazidə “İbiş” ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun nitq qüsurlu olduğu bildirilib. Qeyd edək ki, “Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib. Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir