MARAQLI

Ukrayna kəşfiyyatı Rusiyanın milyonlarla dollarlıq gəmisini məhv etdiyi görüntüləri paylaşdı – FOTO/VİDEO

Sharing is caring!


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibində olan “Sergey Kotov” patrul gəmisini məhv edib.

Xüsusi əməliyyat Krımda “Magura V5” dəniz dronları vasitəsilə həyata keçirilib.

Bununla bağlı görüntülər Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanıb.

“Magura V5” dəniz dronları Kerç boğazı yaxınlığında “Sergey Kotov” gəmisini görüb və gəminin arxa, sancaq və sol tərəflərinə zərbə endirib. Nəticədə gəmidə yanğın başlayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, batmış gəminin dəyəri təxminən 65 milyon dollar təşkil edir.

Xatırladaq ki, martın 5-nə keçən gecə Krımda partlayışlar baş verib. Səhər saatlarında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Sergei Kotov” gəmisinin məhv edildiyini təsdiqləyib.

Mənbə: UKR.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir