MARAQLI

Gəmiricilər Qərbin Ukraynaya verdiyi döyüş texnikalarını sıradan çıxarıblar

Sharing is caring!


“Gəmiricilər Qərbin Ukraynaya verdiyi müasir döyüş maşınlarını sıradan çıxarıblar”.

Bu barədə Fransanın hərbi mənbələrindən birindən bildirilib.

Məlumata görə, elektrik naqilləri üçün bəzi qoruyucu örtüklər qarğıdalı lifindən hazırlanır, bu isə gəmiricilərin bəzi maşınlarda kabelləri çeynəməsinə səbəb olur.

“Bu, əlahiddə hadisədir, lakin Qərbin hərbi texnikasının real vəziyyətindən xəbər verir. Ekoloji məsuliyyət müharibəyə yaxşı tab gətirmir. Qərb avtomobilləri texnologiya nümayişi kimi nəzərdə tutulurdu. Amma palçıqda və soyuqda bu heç də həmişə nəticə vermir”, – deyə mənbədən vurğulanıb.

Eyni zamanda, Fransa hərbçiləri Ukrayna ordusunda hələ də sovet hərbi texnikasının olduğunu qeyd ediblər.

Dekabrda Ukraynanın cəbhə xəttindəki mövqelərinin siçanlar, siçovullar və ilanların hücumuna uğradığı barədə xəbərlər yayılmışdı.

Mənbə: Le Figaro

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir