MARAQLI

Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama – VİDEO

Sharing is caring!


“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib.

Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir.

“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, – deyə Mask vurğulayıb.

“Neuralink” əlavə məlumat üçün şərh verməyib.

Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir