MARAQLI

“Karib dənizinin quldurları”nın ulduzu həbs edilib – FOTO/VİDEO

Sharing is caring!


“Karib dənizinin quldurları” (“Pirates of the Caribbean”) filmində “Coşami Gibbs” obrazı ilə daha böyük məşhurluq qazanan 67 yaşlı Kevin Maknelli həbs edilib.

Hollivud ulduzu məişət zorakılığı ittihamı ilə Los-Ancelesdə saxlanılıb. Lakin sonradan 40 min funt sterlinq (təqribən 85,6 min manat) müqabilində zaminə buraxılıb.

O da vurğulanır ki, aktyorun həyat yoldaşı ərinin həbsindən xəbəri olmadığını deyib.

Polis ulduzun qurbanının kim olduğunu açıqlamır.

Maknelli gələn ay məhkəmə qarşısına çıxacaq.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir