MARAQLI

ABŞ-də magistral yola eniş etmək istəyən təyyarənin qəza anı – VİDEO

Sharing is caring!


ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəza anının görüntüləri internetdə yayılıb.

Hadisə həmin vaxt yolda hərəkətdə olan avtomobillərdən birinin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, “Bombardier Challenger 604” özəl təyyarəsi Neapol şəhəri yaxınlığında yerə çırpılıb. Belə ki, uçuş zamanı təyyarənin mühərriyində problemlər yaranıb. Pilot magistral yola enmə barədə qərar alıb, lakin eniş zamanı təyyarə avtomobilə toxunub, bundan sonra təyyarədə idarəetmə itirilib və o yerə çıxrpılıb. Bununla da partlayış baş verib.

Məlumatlara görə, təyyarənin göyərtəsində beş nəfər – iki pilot və üç sərnişin olub.

Hər iki pilot həlak olub, sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir